Rusiya CHD zenitçiləri “Tor-M2”-dən atışlar həyata keçiriblər

2017/12/1467540858_1345345_1512366665.jpeg
Oxunub: 571     13:49     04 Dekabr 2017    
Rusiya Cənub Hərbi Dairəsinin zenitçiləri Astarxan vilayətində yerləşən “Kapustin Yar” poliqonunda “Tor-M2” zenit raket sistemindən atışlar həyata keçiriblər.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

“Zenitçilərin qarşısında hava hücumu zamanı “Tor-M2” zenit raket sistemləri vasitəsilə qısa fasilələrlə kolon tərkibində şərti düşməni məhv etmək vəzifəsi qoyulub”, - deyə Astafyev qeyd edib.

Atışlar müasir taktiki aviasiya, qanadlı raket, müxtəlif təiyantlı PUA-ları təqlid edən hədəflərə qarşı həyata keçirilib. Həmçinin 3 kilometrdən 12 kilometrədək 15 metrdən 10 min metrədək yüksəklikdə uçan aviasiya qrupları ilə şərtlənən hədəflərə qarşı da atışlar realizə edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CHD   Təlim  


Bizi "telegram"da izləyin