Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Kaliforniyanın Simi vadisində keçirilən Reyqan Milli Müdafiə Forumunda çıxış edən ABŞ Strateji Komandanlığının rəhbəri Con Hayten bildirib.
“Onlar kosmosda yerdən idarə olunabilən, parazit, lazer silahlar hazırlayıb test edir və bunu gizlətmirlər. Onlar bunu Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinə meydan oxumaq, dünyadaki güc balansını dəyişmək məqsədilə edirlər. Lakin biz buna imkan imkan verə bilmərik.
Rusiya və Çin ABŞ ordusunun 1991-ci il Körfəz müharibəsi və digər hərbi qarşıdumalar zamanı süni peyklərdən necə uğurlu şəkildə istifadə etdiyini gördü. Buna görə də gələcək münaqişələrdə ABŞ-ı bu imkanlarından məhrum etməyin yollarını axtarırlar”, - deyə Hayten qeyd edib.
O, ABŞ hərbi çertyojçularına düşmən raketlərinin atılması ilə bağlı məlumat ötürən peyklərin çox mühüm kosmik əsaslı qurğular olduğunu deyib.
“Yer kürəsində atılan hər bir raket ilk olaraq bizim raket xəbərdarlıq vasitələrimizin biri tərəfindən qeydə alınır. Lakin bu peyklərin müdafiəsi asan deyil”, - deyə Hayten əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az