“Ermənistan öz qüvvələri ilə Azərbaycana qarşı durmağa qadir deyil” - Laviyalı ekspert

2017/12/24251841_1627674130616800_285580524_n_1512203785_3024439526.jpg
Oxunub: 487     20:59     02 Dekabr 2017    
“Ermənistanı hərbi planda Rusiya dəstəkləyir. Bu çox ciddi məsələdir. Əgər səhv etmirəmsə, Ermənistan İsraildən sonra ABŞ-ın ən çox qarşılıqsız maddi yardım göstərdiyi ölkədir. Hələ Fransa kimi Avropa ölkəsində erməni diasporu gücli iqtisadi mövqelərə sahibdir. Əgər bu faktları birləşdirsək, BMT Təhlükəsizlik Şurası qətnamələrinin niyə hələ də yerinə yetirlimədiyini anlamaq olar”.

Bu barədə Ordu.az saytına Latviya Müdafiə Nazirliyinin keçmiş baş zabiti Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsini şərh edərkən bildirib.

Qeyd edək ki, Qraudinş 1997-ci ilədək Latviya Müdafiə Nazirliyində baş zabit kimi xidmət göstərib. Baş zabitin funksiyası Latviya ordusu üçün silah alınması, həmçinin Latviya ərazisindən keçməklə satılan silahlarla bağlı məsələlərə rəhbərlik etməkdən ibarətdir.

2018-ci ildə Ermənistanın hərbi büdcəsinin artmasının nə ilə bağlı olması barədə suala cavab verərkən Qraudinş bəyan edib ki, bu, erməni tərəfinin müharibəyə hazırlaşması ilə bağlıdır.

“Hərbi büdcənin istənilən artımı müharibəyə hazırlaşmaq deməkdir, başqa variant yoxdur. Əgər Ermənistan bu addıma gedibsə, deməli müharibəyə hazırlaşır.

Rusiyanın Ermənistana “İskəndər” raket kompleksləri verməsi ilə bağlı məsələyə gəldikdə isə, bununla bağlı başa düşülməsi gərəkən vacib məsələ belədir: “İskəndər” raket kompleksləri öz xüsusiyyətlərinə görə nüvə silahı daşıyıcısıdır. Rusiyanın yerində olsaydım, ərazi münaqişələrində iştirak edən ölkəni bu səviyyədə silahlarla təchiz etməzdim. Gürcüstan və Ukrayna mütəmadi olaraq amerikalı müttəfiqlərindən zirehli texnikanın məhv edilməsi təyinatlı raket kompleksləri istəyirlər. Lakin ABŞ bu ölkələri belə silahlarla təchuz etmir, çünki Ukraynanın cənub-şərqində dərhal idarəedilməz hərbi ekspansiyanın baş verməsini istəmir.


Düşünürəm ki, Rusiyaya da analoji mövqedən çıxış etmək lazımdır. Bu, mənim şəxsi mövqeyimdir, lakin zənn edirəm ki, Rusiya ərazi münaqişəsində iştirak edən Ermənistanı silah təchiz etməklə çox yanlış hərəkət edir. Ancaq bu, hansısa mənada münaqişədə iştirak edən hər iki tərəfi silahla təmin edərək sonradan həmin münaqişənin həllində iştirakçıya çevrilən ABŞ və Böyük Britaniyanın siyasətini xatırladır.

Ən böyük təhlükə Ermənistanda Rusiya hərbi kontingentinin yerləşməsidir və bu çox ciddi məsələdir. Lakin burada başqa məqam da var. Əgər məsələyə Rusiyanın gözü ilə baxsaq, Moskva Bakı və İrəvana silah satmasa, bunu Vaşinqton edəcək, bu isə dolayısilə Amerikanın regionda mövcudluğu deməkdir. Bu isə Rusiya üçün yolverilməz haldır. Lakin Kremlin siyasətinin nə qədər uzaqgörən olmasını mühakimə etmək istəmirəm. Bir şeyi bilirəm: Etnik münaqişələrlə bağlı olan hər nüansa diplomatik şəkildə yanaşmaq lazımdır.

Ermənistanın hazırki iqtisadi və hərbi potensialı nəzərə alınmaqla, onlar hər hansı xarici təsirlər olmadan birmənalı şəkildə Azərbaycana qarşı dura bilməzlər. Bunu belə adlandıraq: Ermənistan öz gücü ilə Azərbaycana qarşı durmağa qadir deyil. Əgər xarici amillər olmasaydı, situasiya tam fərqi şəkildə təzahür edərdi.

Burada hər iki tərəf – Azərbaycan və Ermənistan üçüncü tərəflərin bir gün “yatan” münaqişəni qızışdırmağa cəhd edəcək provokatorlar olmasını anlaması vacibdir. Buna görə də sizin Xarici İşlər Nazirliyiniz və xüsusi xidmət orqanlarınız qətiyyətli olmalıdır”, - deyə Qraudinş bildirib.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   BMT   Qarabağ  


Bizi "telegram"da izləyin