Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada olublar

2017/12/f8979a77e192cd680f57c268f7228581_1512206764_1512211157.jpg
Oxunub: 391     18:37     02 Dekabr 2017    
Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman   MN  


Bizi "telegram"da izləyin