Avropa Parlamenti: Rusiya ABŞ-ı Mərkəzi Asiyada sıxışdıracaq

2017/11/ob_9b6092_central-asia456456_1511957857.jpg
Oxunub: 547     20:14     29 Noyabr 2017    
Rusiyanın təsirinə görə Vaşinqton Mərkəzi Asiyada mövqeyini itirir.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Parlamenti araşdırmalar mərkəzinin hesabatında qeyd edilib.

“ABŞ-ın Mərkəzi Asiyada hərbi mövcudluğunun zəifləməsi Əfqanıstanda irimiqyaslı əməliyyatların azalması ilə əlaqədardır. Lakin digər səbəb regionun Rusiyanın təsir dairəsinə qayıtmasıdır. Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiyanın hərbi müttəfiqləridir” – deyə hesabatda bildirilir.

Sənəddə həmçinin ABŞ-ın öz silahlanmasını Rusiya ərazisindən Əfqanıstana daşımaq imkanından məhrum olması da xatırlanır.

Qeyd edək ki, 2015-ci ildə Rusiyanın baş naziri Dmitri Medvedyev 2008-ci ildən bəri ABŞ-ın silahlanma ilə bağlı daşıdığı tranzit yolunu bağlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərkəzi-Asiya   Rusiya-ABŞ  


Bizi "telegram"da izləyin