Binalı Yıldırım: “NATO Türkiyəyə lazımi dəstəyi göstərmədi”

2017/11/bineli3456345_1511954430.jpg
Oxunub: 409     19:20     29 Noyabr 2017    
“NATO Türkiyəyə hərbi sahədə lazımi dəstəyi göstərmədi”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Binalı Yıldırım bəyan edib.

“Türkiyə Suriya tərəfindən bir neçə dəfə raket təhlükəsinə məruz qalsa da, NATO ölkənin müdafiəsi üçün heç bir tədbir görmədi”, - deyə Yıldırım vurğulayıb.

O həmçinin qeyd edib ki, məhz bundan sonra Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərini almaq qərarına gəldi.

“Türkiyə öz ərazilərinin müdafiəsi üçün bütün lazımi tədbirləri görmək hüququna malikdir”, - deyə Yıldırım bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə  


Bizi "telegram"da izləyin