Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çinin Suriya üzrə xüsusi nümayəndəsi Se Syaoyan BMT-nin Suriya üzrə xüsusi elçisi Sraffan de Mistura ilə danışıqların yekunu ilə bağlı çıxışında bəyan edib.
Suriya danışıqlarının 8-ci mərhələsi Cenevrədə de Mistura ilə başda Nasir Həriri olmaqla Suriya müxalifətinin nümayəndə heyəti ilə görüşlə başlayıb. Se Syaoyan isə de Mistura, həmçinin Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüşlər keçirib.
“Danışıqların hazırkı mərhələsində Suriya münaqişəsində hər iki tərəfin iradə nümayiş etdirərək dialoq və məsləhətləşmələrə hazır olması ilə bağlı əlverişli şərait var. Bu isə öz növbəsində Suriyada ictimai nizamın və stabilliyin bərpasına yol aça bilər”, - deyə Se Syaoyan qeyd edib.
O həmçinin bildirib ki, son dövrlərdə Suriyada vəziyyət yaxşılaşır, terrorçular öldürücü zərbələr alırlar, lakin terrorizmə qarşı mübarizə sahəsində vəziyyət əvvəlki kimi böhranlı olaraq qalmaqdadır.
Ordu.az