Rusiya Sakit okean donanmasının gəmiləri 3 beynəlxalq təlimdə iştirak edib

2017/11/149989681443534_1511953802.jpg
Oxunub: 634     19:08     29 Noyabr 2017    
Rusiya Sakit okean donanmasının gəmiləri cari təlim ilində üç beynəlxalq hərbi dəniz təlimində iştirak edib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sakit okean donanmasının hava hücumundan müdafiə üzrə mətbuat xidmətinin rəhbəri Nikolay Voksresenski məlumat yayıb.

Bu siyahıya Çin Hərbi Dəniz Qüvvələri ilə birlikdə keçirilən “Dəniz tərəfdaşlığı”, Yaponiya Dəniz Qüvvələrinin gəmiləri ilə keçirilən “Sareks” və Hindistan Hərbi Dəniz Qüvvələri ilə birlikdə keçirilən “İndra-2017” təlimləri daxildir.

“Rusiya gəmiləri həmçinin Asiya-Sakit okean regionu ölkələrinin hərbi dəniz qüvvələrinin gəmiləri ilə birgə PASSEX təlimində iştirak edib. Sakit okean donanmasının dənizçiləri Rusiya Federasiyasını Primorsk diyarında keçirilən Beynəlxalq Ordu Oyunlarında, “Dəniz desantı” və “Dəniz kubok” döyüş ustası konkurslarında uğurla təmsil ediblər”, - deyə Vokskresenski qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təlimlər  


Bizi "telegram"da izləyin