Ordu.az son 24 saatda Suriya ərazisində baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.
Suriya ordusu və müttəfiq qüvvələr: Dəməşq vilayətində “Həyat Təhrir əş-Şam” mövqelərinə aviazərbələr endirib.
İŞİD: Həma vilayətinin şərqində “Həyat Təhrir əş-Şam”la döyüşlər davam edir.
“Həyat Təhrir əş-Şam”: Həma vilayətinin şimal-şərqində yerləşən Rəhacan rayonunda əraziləri minalayır.
Dəməşq vilayəti: Suriyanın “Smart news” nəşri xəbər verir ki, Suriya ordusu Dəməşq vilayətində terrorçuların mövqelərinə zərbələr endirib. Əsas hədəflər Beyt-Cinnə yaşayış məntəqəsində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının müdafiə sığınacaqları olub.
Deyr əz-Zor vilayəti: “Telegram” şəbəkəsində verilən məlumata görə, İŞİD Əbu-Hammam və Hədcin yaşayış məntəqələrində olan dəstələrini Fəratın sağ sahilində yerləşən Əbu-Hardub və Əbu-Həsən məntəqələrinə istiqamətləndirməyə hazırlaşır. Əsas hədəf Məyadin və Əbu-Kamal ərazilərində yerləşən hökumət qüvvələrinə qarşı mübarizə aparmaqdır.
Həmçinin böyük ehtimalla yaxın günlərdə İraq ərazisindən terrorçulara yeni dəstək gələcək.
Mənbənin məlumatına görə, bu əməliyyat ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən koordinasiya edilə bilər.
İdlib vilayəti: “Teleqram” şəbəkəsində @directorate4 adlı istifadəçinin verdiyi məlumata görə, “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının lideri Əbu Məhəmmməd əl-Culani nəzarətində olan torpaqlarla bağlı onun fikirləriylə razı olmayanlara qarşı mübarizə aparır.
“Həyat Təhrir əş-Şam” terrorçuları bir neçə qruplaşmanın rəhbərini, o cümlədən “Cund əl-Aksı” tərəfarlarını və Əl-Culaniyə dəstək verməyənləri həbs edib.
İdlib həbsxanasın yerləşdirilənlər arasında Əbu əl-Qəssam, Əbu Himam əs-Suri, Əbu İslam əd-Diri, Əbu Abdul Kərim əl-Xorasani, Əbu Hamam Faruk, Əbu Uruydi və digər birləşmə liderləri də var.
“Həyat Təhrir əş-Şam” rəsmi olaraq baş verən hadisələri şərh edərkən tutulanların qruplaşma daxilində fikir ayrılığı yaratdıqlarını, mənimsəməyə yol verdiklərini və onları “ədalətli məhkəmə” gözlədiyini bəyan edib.
Həma vilayəti: “Teleqram” şəbəkəsində @nors2017 adlı istifadəçi bildirir ki, “Həyat Təhrir əş-Şam” aktiv şəkildə Rəhacan yaşayış məntəqəsinin ərazisini minalayaraq hökumət qüvvələrinin vilayətin şimal-şərqinə doğru irəliləməsinin qarşısını alır.
Qeyd edilir ki, terrorçular buna paralel olaraq İŞİD-ə qarşı döyüşləri davam etdirirlər və yaxın zamanlarda itirilmiş ərazilərdə yenidən nəzarəti ələ keçirmək üçün əks-hücuma keçəcəklər.
Ağalar Qəribov
Ordu.az