Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya nümayəndə heyəti İsveçrəyə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin rəhbərliyi ilə gələcəklər.
Qeyd edilir ki, Suriya nümayəndə heyəti danışıqlarda iştirak etməyə Rusiya tərəfi ilə mütəmadi danışıqlardan sonra qərar verib.
Cenevrdə danışıqlarının gündəmində Suriyada idarəetmə, terrorizmlə mübarizə, yeni konstitusiya və seçkilərin olduğu 4 qruq mövzu var. Bildirilir ki, əsas diqqət son iki mövzuya yönəldiləcək.
Ordu.az