Tramp KXDR-in raket atışını Konqresin büdcə layihəsi ilə əlaqələndirdi

2017/11/34534534_1511938323.jpg
Oxunub: 371     14:52     29 Noyabr 2017    
“KXDR-in növbəti raket atışından sonra demoktarlar respublikaçılarla növbəti maliyyə ili üçün büdcə layihəsi barədə razılaşmalıdırlar”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti öz “Twitter” hesabında məlumat yerləşdirib.

“Şimali Koreyanın raket atışından sonra bizim hökumətimiz və hərbçilərimizin maliyyələşdirilməsi heç zaman olmadığı qədər vacibdir! Demokratlar amnistiya və qeyri-qanuni immiqrasiya naminə Silahlı Qüvvələrin maliyyələşdirilməsini əsir saxlamamalıdırlar”.




O qeyd edib ki, “qeyri-qanuni immiqrasiyanın sonlandırılmasına yatırım edərək böyük uğur qazanıb. İndi isə demokratlar onların tələbləri yerinə yetirilsin deyə sonlandırma ilə bağlı təhdid edə bilməzlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin