Rusiya 3 il ərzində müdafiə sahəsinə 6,8 trilyon vəsait xərcləyəcək

2017/11/oboron1_1511860405_1511876267.jpg
Oxunub: 439     21:43     28 Noyabr 2017    
“2018-2020-ci illər üçün büdcə layihəsində milli müdafiə və təhlükəsizlik, həmçinin hüquq mühafizə fəaliyyətinə 6,8 trilyon rubl (197,8 milyard manat və ya 116,9 milyard dollar) vəsait ayırıb”.

Ordu.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə nazirinin müavini Leonid Qornin bəyan edib.

Rusiya Federasiya Şurasının müdafə və təhlükəsizlik komitəsi büdcə layihəsini təsdiq edib.

Xatırladaq ki, Dövlət Duması ötən həftə keçirilən üçüncü – layihə barədə qanunun oxunduğu sonuncu iclasda 2018-2020-ci illər üçün federal büdcə haqqında qanunu qəbul edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MS  


Bizi "telegram"da izləyin