Serbiya Belarusdan S-300 ZRK-sı alacaq

2017/11/fav700345345_1511875976.jpg
Oxunub: 476     21:33     28 Noyabr 2017    
2018-ci ilin martında Belarus prezidenti Aleksandr Lukaşenko Serbiya prezidenti Aleksandr Vuçiçlə Belqradın Minskdən S-300 zenit raket kompleksləri və çoxməqsədli MiQ-29 qırıcıları alması barədə müqavilə imzalayacaqlar.

Ordu.az “Nezavisimoye voyennoe obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Seribyanın “Alo!” nəşri məlumat yayıb.

“Serbiya ordusu ən müasir silahlar əldə edəcək. Belarusla bütün danışıqlar artıq yekunlaşıb. 4 ədəd S-300 kompleksinin və 6 MiQ-26 təyyarəsinin alınması barədə razılıq əldə olunub. Bu isə Serbiya ordusunu regionda ilk pilləyə çıxaracaq”, - deyə məlumatda bildirilir.

Müqavilənin qiyməti açıqlanmır, lakin mənbənin məlumatına görə, Belarus Serbiyaya silahları “bazarda olan qiymətlərdən daha yumşaq şərtlərlə” satmağa hazırdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin