Lavrov: “İranla nüvə razılaşması pozulma təhlükəsi altındadır”

2017/11/150974835734534_1511871433.jpg
Oxunub: 484     20:15     28 Noyabr 2017    
“İranın nüvə proqramı ətrafında əldə edilən razılaşma pozula bilər”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Bizim konstruktiv çoxtərəfli qarşılıqlı əməkdaşlıq nümunəsi kimi qiymətləndirdiyimiz İranın nüvə proqramı ətrafında əldə edilən razılaşma pozula bilər”, - deyə Lavrov bildirib.

Xatırladaq ki, İran və beynəlxalq “altılıq” (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin tənzimlənməsinə dair tarixi razılaşmaya gəliblər: Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilib, nəticədə isə BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı İranın üzərində daha öncə qəbul edilən iqtisadi və maliyyə sanksiyalarını götürüb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   İran   Nüvə  


Bizi "telegram"da izləyin