Türkiyədə həftə ərzində 14 terrorçu zərərsizləşdirilib

2017/11/345345_1511850893.jpg
Oxunub: 423     14:32     28 Noyabr 2017    
Antiterror əməliyyatları nəticəsində son bir həftə ərzində Türkiyə ərazisində 14 terrorçu zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçulardan 3-ü məhv edilib, 2-si təslim olub, 9-u isə tutulub.

Qeyd edək ki, noyabrın 20-dən 27-dək Türkiyə təhlükəsizlik qüvvələri terror təşkilatlarına qarşı 645 əməliyyat həyata keçirib.

Bu əməliyyatlar çərçivəsində PKK terrorçuları ilə əlaqədə şübhəli bilinən 486, İŞİD-lə əlaqədə şübhəli bilinən 136, FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 663 nəfər həbs edilib.

Əməliyyat çərçivəsində ümumi olaraq 5256 nəfər həbs edilib, onlarda 1291-i terrorizmdə, 116-sı qeyri-qanuni miqrasiyada, 3849-u isə narkotik ticarəti və insan alverində şübhəli bilinir.

Həmçinin əməliyyat çərçivəsində terrorçuların 34 sığınacağı və 17 ədəd kustar üsulla hazırlanan partlayıcı maddə və mina məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   İŞİD   FETÖ  


Bizi "telegram"da izləyin