ABŞ-ın "Böyük Yaxın Şərq"də nə qədər hərbçisi var? - Pentaqon açıqladı

2017/11/1500329374435_1511849627.jpg
Oxunub: 439     14:12     28 Noyabr 2017    
ABŞ-ın Əfqanıstanda olan hərbçilərinin sayı 15 min 300, İraqda 8 min 900, Suriyada isə 1700 nəfərdir.

Ordu.az “Reuters” agentliyinə istiandən xəbər verir ki, bu barədə məlumatı Pentaqon yayıb.

Əfqanıstanda olan hərbi kontingent ABŞ-ın aktiv döyüş fəaliyyəti davam edən ölkələr arasında ən böyüyüdür. Bu, ABŞ prezidenti Donald Trampın daha öncə açıqladığı rəqəmdən bir qədər çoxdur.

2016-cı ilin sonunda, prezident Barak Obama dövründə ABŞ-ın Əfqanıstanda olan hərbi kontingentinin sayı 8 min 400 nəfər olub. Cari ilin avqustunda Pentaqonun verdiyi məlumata görə, bu rəqəm 11 min nəfərə bərabərləşmişdi.

Lakin daha sonra Tramp həmin kontingenti daha 3 min nəfər əsgərlə genişləndirəcəyini bildirib.

Pentaqonun rəsmi nümayəndəsi bəyan edib ki, rəqəmlər planların dəyişməsi barədə danışmaq üçün əsas verəcək qədər artmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BYŞ   ABŞ   Hərbi-kontingent  


Bizi "telegram"da izləyin