BƏƏ Yəməndə hərbi cinayət törətməkdə təqsirləndirilir

2017/11/14966472146456_1511848635.jpg
Oxunub: 449     13:56     28 Noyabr 2017    
Böyük Britaniyada yerləşən “İnsan hüquqları üzrə ərəb təşkilatı”nın hüquqşünasları Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək Birləşmiş Ərəb Əmirliyini Yəməndə hərbi cinayətlərin törədilməsində təqsirləndiriblər.

Ordu.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın hüquqşünası Cozef Brehem bildirib.

Məlumata görə, təşkilat ərəb koalisiyasının üzvü olan BƏƏ-ni Yəməndə hökumət qüvvələrinə dəstək verərək “dinc sakinlər üzərinə mütəmadi olmayan hücumlar”da təqsirləndirir.

Həmçinin BƏƏ qadağan olunan silahların istifadəsi və işgəncələrin həyata keçirilməsi üçün muzdlu əsgərlərin cəlb edilməsində təqsirləndirilir.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən husi qiyamçıları və ölkənin keçmiş prezidenti Əli Abdulla Salehlə ölkənin indiki prezidenti Əbd Rəbbu Mənsura tabe olan hökumət qüvvələri arasında daxili münaqişə davam etməkdədir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Yəmən  


Bizi "telegram"da izləyin