Suriyada son dəqiqə: Ordu hücum edir, terrorçular arasında qarşıdurma yaşanır – FOTOLAR

2017/11/1_1511515290.jpeg
Oxunub: 710     17:38     24 Noyabr 2017    
SQQ İdlibin cənubunda növbəti hücum əməliyyatına hazırlaşır, Dəməşq ətrafında isə döyüşlər davam edir.

Ordu.az Suriyada saat 13:13-ə qədər baş verən hadisələrin qısa icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: İdlibdə “Həyat Təhrir əş-Şam”ın mövqelərinə aviazərbələr endiriblər.

İŞİD: “Həyat Təhrir əş-Şam”ı Həma vilayətinin şimal-şərqində yerləşən iki yaşayış məntəqəsindən çıxararaq həmin ərazilərdə nəzarəti ələ keçirib.

“Həyat Təhrir əş-Şam”: Özünün Həma vilayətindəki qruplaşmasını gücləndirir.

“Ceyş əl-İslam”: Dəməşq şəhərində Suriya ordusunu atəşə tutub.

Dəməşq vilayəti: “Twitter” şəbəkəsində (@aejkhalil2) bildirilir ki, “Ceyş əl-İslam” silahlı qruplaşmasının terrorçuları Muhayan əl-Vəfadin yaşayış məntəqəsi ərazisində Suriya ordusunu atəşə tutublar. Atəş Duma yaşayış məntəqəsi istiqamətindən gerçəkləşdirilib. Bildirilir ki, atışma nəticəsində Suriya ordusu itkilər verməyib və düşmənə cavab atəşi açıb.


Hələb vilayəti: “Teleqram” agentliyinin verdiyi məlumata görə, “Həyat Təhrir əş-Şam” teror qruplaşması Həndarat yaşayış məntəqəsi ərazisində Suriya Quru Qoşunlarının mövqelərini atəşə tutub. Mənbənin məlumatına görə, atəş 82 millimetrlik minaatanla həyata keçirilib.


Deyr əz-Zor vilayəti: “Teleqram” agentliyinin başqa bir məlumatına görə, İŞİD Fərat çayının sağ sahilində Hədcin-Əş-Şəfa bölgəsinə qüvvələr göndərir.

Mənbənin məlumatına görə, terrorçular bundan sonra Əbu-Kamalda nəzarəti bərpa etməyə çalışacaqlar.


İdlib vilayəti: Livanın “Al Masdar” agentliyinin məlumatına görə, Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətinin cənubunda “Həyat Təhrir əş-Şam”ın mövqelərinə hücum həyata keçiriblər. Aviazərbələr terrorçuların Xiş yaşayış məntəqəsindəki mövqelərinə endirilib.

Təxmin edilir ki, bu, Suriya ordusunun “Əbu-Dahr” aviabazası istiqamətində hücumunun başlanması üçün hazırlıq xarakterli tədbirdir.


Həma vilayəti: Vilayətin şimal-qərb hissəsində terror qruplaşmalarının qarşıdurması davam edir. İŞİD terrorçuları “Həyat Təhrir əş-Şam”ı Srec və Massaran yaşayış məntəqələrindən çıxarıb. Həmçinin İŞİD-in tezliklə Rəsm-Əskafa hücum edəcəyi gözlənilir.

“Twitter” şəbəkəsində (@PetoLucem) yayılan məlumata görə, terrorçular arasında Tpexan yaşayış məntəqəsi uğrunda döyüşlər davam edir. Hazırda “Həyat Təhrir əş-Şam” bu ərazidə öz mövqelərini gücləndirir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   SQQ  


Bizi "telegram"da izləyin