Ramil Həsən: "BMT TŞ-də təmsilçilik Qırğızıstanın sülh istiqamətində rolunu daha da artıracaq"

2025/04/6aee9-1744371867.jpg
Oxunub: 183     13:01     04 İyun 2026    
TÜRKPA Baş katibi Ramil Həsən Qırğızıstanı ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.

Ordu.az-ın məlumatına görə, təbrikdə qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasında təmsilçilik Qırğızıstanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində rolunu daha da artıracaq.

O bildirib ki, Qırğızıstanın qeyri-daimi üzv seçilməsi həmçinin Şuranın fəaliyyətinə mühüm töhfələr verəcək.

"Bu mühüm nailiyyət beynəlxalq ictimaiyyətin Qırğızıstanın çoxtərəfli diplomatiyaya, beynəlxalq hüququn prinsiplərinə, sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə verdiyi töhfələrə yüksək etimadının bariz təzahürüdür. TÜRKPA olaraq bu əlamətdar hadisənin qardaş Qırğız xalqının rifahına və ölkənin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcəyinə inanır, Türk dövlətlərinin Qırğız Respublikasına davamlı dəstəyini bir daha təsdiq edirik", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ramil-Həsən   TÜRKPA   Qırğızıstan  


Bizi "telegram"da izləyin