Suriyada son vəziyyət – FOTOLAR

2017/11/orig-1501355170e09f8a3f970cea8ed325b0484b5bcca8-1140x64145645_1511439895.jpeg
Oxunub: 645     20:14     23 Noyabr 2017    
Gün ərzində Suriyanın müxtəlif bölgələrində terror qruplaşmalarına qarşı mübarizə davam etdirilib.

Ordu.az Suriyanın müxtəlif bölgələrində baş verən hadisələrin qısa icmalını təqdim edir.

Dəməşq vilayəti: vilayətin şəhərlərində döyüşlər davam edir. Yerli mənbələrin məlumatına görə, Bəşər Əsədə qarşı mübarizə aparan terror qruplaşmaları hökumət qüvvələrinin onların əlindən aldığı Hərast aviadaşınma bazasını minaatanlarla atəşə tutmağa davam edirlər.

Həmçinin “Twitter” şəbəkəsində (@AEJKhalil) “Faylak ər-Rəhman” və “Əhrər əş-Şam” qruplaşmalarının bu mövqelərə hərbi sursatlar daşımaları ilə bağlı xəbərlər yayılıb.

Başqa bir “Twitter” istifadəçisi (@HadiAlabdallah) tərəfindən isə terrorçuların Ərbil yaşayış məntəqəsi yaxınlığında toplaşması bildirilir.


Hələb vilayəti: “Twitter” istifadəçisinin (@sayed_ridha) məlumatına görə, Həzvan kəndindən əl-Bab şəhərinin qərbinə doğru humanitar yardım daşınması barədə məlumat verilib.

Qeyd edək ki, humanitar yardım Rusiya, Türkiyə və İran arasında əldə edilmiş razılaşma əsasında “İdlib” deeskalyasiya zonasında yerləşən əhaliyə kömək etmək məqsədilə göstərilir.


Deyr əz-Zor vilayəti: “Twitter” istifadəçisinin (@VivaRevolt) məlumatına görə, Hüveycınn Kati adası Suriya hökumət qüvvələri tərəfindən İŞİD-dən təmamilə azad edilib.

“Telegram” agentliyinin məlumatına görə, əl-Kişm, Şadr və Salhiyə yaşayış məntəqələrinin şimal mövqelərində İŞİD Suriya Quru Qoşunlarına müqavimət göstərməkdə davam edir.

Həmçinin terrorçuların Suriya-İraq sərhəddində yerləşən T-72 neft emalı bazasına da hücum edə biləcəkləri güman olunur.

Başqa bir “Twitter” istifadəçisinin (@PetoLucem) təxmin edir ki, İraq hökumət qüvvələri və “Həşd əş-Şabi” ordusunun əməliyyatı nəticəsində Rəva yaşayış məntəqəsi yaxınlığında yerləşən İŞİD bölmələri Suriyanın Deyr əz-Zor vilayətinə keçə bilərər.


Həma vilayəti: Vilayətin şimal-şərqində iki terror qruplaşması – İŞİD-lə “Həyat Təhrir əş-Şam” arasında qarşıdurma davam edir.

“Telegram” nəşrinin məlumatına görə, İŞİD “Ən-Nüsra Cəbhəsi”ni Əbu-Harik kəndindən çıxararaq orada nəzarəti ələ keçirib.


Əs-Süveyda vilayəti: “Twitter” istifadəçisinin (@C_Military1) xəbər verdiyi kimi, Suriya kəşfiyyatının antiterror bölməsi Dəməşqdə olan terrorçulara göndərilən raket, partlayıcılar və atıcı silahlardan ibarət yükü ələ keçirməyə müvəffəq olub.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin