İmre Yuhas: "Texnologiya insanı əvəz etmir, imkanlarını genişləndirir"

2026/06/Ekran-1781784099.jpg
Oxunub: 141     15:29     18 İyun 2026    
Texnologiya insanı əvəz etmir, onun imkanlarını genişləndirir.

Ordu.az xəbər verir ki, bunu Macarıstanın Fundamental Hüquqlar üzrə Müvəkkili İmre Yuhas (Imre Juhasz) "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində "Süni intellektin əmək bazarına və məşğulluğa təsiri" adlı panel sessiyada bildirib.

Onun sözlərinə görə, əmək dünyası və onun ayrılmaz hissəsi olan insan amili böyük dəyişikliklər qarşısındadır:

"Alqoritmin işə qəbul etmədiyi namizədin, hər iş dəqiqəsi sistem tərəfindən izlənilən əməkdaşın və ya işi bir gecədə avtomatlaşdırma nəticəsində aradan qalxan şəxsin qarşılaşdığı vəziyyətlərdə süni intellekt artıq gələcəyin abstrakt anlayışı deyil, gündəlik reallıqdır. Süni intellekt insanı yorucu, təkrarlanan və təhlükəli işlərdən azad edə bilər. O, məhsuldarlığı artırır, qərarverməni sürətləndirir və tamamilə yeni iqtisadi sahələrin yaranmasına şərait yaradır".

İ.Yuhas vurğulayıb ki, əhalinin yaşlandığı və işçi qüvvəsi çatışmazlığının olduğu cəmiyyətlərdə bu texnologiyalar həmin boşluğu azaltmağa kömək edə bilər:

"Təhlükəli işlərdə insan həyatını və əmək təhlükəsizliyini qoruya bilər. Əlilliyi olan şəxslərə daha müstəqil çalışma imkanı yaradır, dillər arasındakı maneələri tərcümə vasitəsilə aradan qaldırır və uzaq bölgələrdə yaşayan gənclər üçün əvvəllər əlçatmaz olan biliklərə çıxış imkanı açır. Düzgün və məsuliyyətli istifadə edildikdə texnologiya insanı əvəz etmir, əksinə, onun imkanlarını genişləndirir. Lakin ombudsmanın vəzifəsi yalnız imkanları deyil, riskləri də görməkdir. Bu risklər də kifayət qədər ciddidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İmre-Yuhas   Texnologiya  


Bizi "telegram"da izləyin