Mehmet Akarca: "Kritik qərarların yalnız alqoritmlərə həvalə edilməsi ciddi problemlər yarada bilər"

2026/06/Ekran-1781775411.jpg
Oxunub: 134     12:54     18 İyun 2026    
Kritik qərarların yalnız alqoritmlərə həvalə edilməsi ciddi problemlər yarada bilər.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Baş Ombudsmanı Mehmet Akarca Ombudsmanların Bakı Sammiti çərçivəsində "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt əsaslı avtomatik və yüksək məhsuldar sistemlər müxtəlif sahələrdə xidmət keyfiyyətini artırsa da, bəzi riskləri də ortaya çıxarır:

"Cinsiyyət, yaş, əlillik, etnik kök və mədəni fərqliliklər kimi amillər düzgün idarə olunmadıqda müəyyən qrupların sistematik şəkildə dezavantajlı vəziyyətə düşməsinə və ayrı-seçkiliyə məruz qalmasına səbəb ola bilər. Xüsusilə sosial həyat, təhlükəsizlik və hüquq-mühafizə kimi sahələrdə süni intellektin istifadəsi diqqətlə tənzimlənməlidir. Çünki kritik qərarların yalnız alqoritmlərə həvalə olunması ədalət və məsuliyyət baxımından ciddi problemlər yarada bilər".

M.Akarca bildirib ki, digər mühüm risk sahəsi şəffaflıq və hesabatlılıqdır:

"Süni intellekt sistemlərinin hansı meyarlara əsasən qərar verdiyi aydın şəkildə izah edilməli, qərarların necə formalaşdığı açıq olmalıdır. Bundan əlavə, süni intellekt vasitəsilə idarə olunan sistemlərdə dezinformasiya riski də yüksəkdir. Bu, insanların düzgün məlumat əldə etmək hüququnu məhdudlaşdıra bilər. Süni intellekt dəstəyi ilə aparılan dezinformasiya kampaniyaları isə ictimai sabitliyə, etimada, seçki proseslərinə və iqtisadi sistemlərə mənfi təsir göstərə bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mehmet-Akarca  


Bizi "telegram"da izləyin