Nigerdə silahlı şəxslər hava limanının ərazisinə daxil ola biliblər - YENİLƏNİB

2026/05/1777989366.jpg
Oxunub: 336     13:16     18 İyun 2026    
Silahlı şəxslər mühasirəyə alınmış Niamey (Nigerin paytaxtı) hava limanının ərazisinə daxil ola biliblər.

Ordu.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Məlumata görə, Nigerin müdafiə və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Səhər saatlarından Niameydəki Diori Hamani adına beynəlxalq hava limanı ərazisində şiddətli atəş səsləri eşidilir. Atışma davam edir. Hücum edənlər hava limanı zonasına daxil ola biliblər", - məlumatda qeyd olunub.

Eyni zamanda bildirilib ki, prezident sarayının və baş nazirin dəftərxanasının ətrafı mühasirəyə alınıb.

Digər təfərrüatlar verilmir.

***

Niamey (Nigerin paytaxtı) hava limanında, partlayışlar və atışma eşidilir.

Ordu.az xəbər verir ki, bu barədə BBC telekanalı şahidlərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, atəş hava limanının giriş tərəfdən açılıb və bir saatdan çox davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niamey   Niger  


Bizi "telegram"da izləyin