Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirilib

2026/06/1781773025.jpg
Oxunub: 195     12:44     18 İyun 2026    
Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasının 16 illiyinə həsr olunan anım mərasimi keçirilib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu çərçivədə şəhid Milli Qəhrəmanın ailəsi və ev-muzeyi ziyarət olunub.

Anım tədbirində rayon rəsmiləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində 5 saat davam etmiş qeyri-bərabər döyüşdə təkbaşına düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhadətə yüksəlib.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə M.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Biləsuvar   Mübariz-İbrahimov  


Bizi "telegram"da izləyin