Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, hər iki nümayəndənin Rusiyaya səfəri planlaşdırılır, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
“Həm Kuşner, həm də Uitkof yaxın vaxtlarda Rusiyaya gələcəklər. Hazırda vəziyyət elədir ki, mənim başa düşdüyümə görə onlar İran məsələləri ilə məşğuldurlar və əsas saziş üzrə işlərin başlanğıcında iştirak edəcəklər. Buna görə də Moskva səfərinin konkret vaxtı hələ müəyyən edilməyib”, - deyə Uşakov “Vesti” informasiya sisteminə açıqlamasında bildirib.
Uşakov həmçinin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin iyunun 14-də ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Onun sözlərinə görə, liderlər ikitərəfli münasibətləri, Uitkof və Kuşnerin gözlənilən səfərini, eləcə də Ukrayna münaqişəsini müzakirə ediblər.
Sevinc Əliyeva
Ordu.az