Paşinyan: “ABŞ artıq böyük maliyyə fondu ayırıb, TRIPP layihəsi üzrə sürətlə hərəkət etməliyik”

2026/06/1781785749.jpg
Oxunub: 196     16:27     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi istiqamətində işlərin davam etdiyini və ABŞ tərəfindən artıq iri maliyyə fondunun ayrıldığını bildirib.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı layihənin icra vəziyyəti ilə bağlı sualı cavablandırarkən danışıb.

Onun sözlərinə görə, yaxın zamanda ABŞ-də maliyyələşdirmə ilə bağlı qərar qəbul edilib və yaradılan fond vasitəsilə TRIPP layihəsi ilə yanaşı, regiondakı digər layihələrin də maliyyələşdirilməsi nəzərdə tutulur.

“Rəqəmi dəqiq xatırlamadığım üçün açıqlamaq istəmirəm, amma artıq böyük həcmdə vəsait ayrılıb”, - deyə Paşinyan bildirib.

Paşinyan Ermənistan tərəfinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.

O qeyd edib ki, müvafiq sənəd qısa müddətdə imzalanıb və hazırda ratifikasiya mərhələsindədir. Bununla belə, Paşinyan formal prosedurların tamamlanmasını gözləmədən prosesin mümkün qədər sürətlə irəlilədilməsinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfinin mövqeyi də məhz bu istiqamətdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin