Ordu.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadikov bildirib.
Onun sözlərinə görə, Ermənistan artıq üç ildir ki, üzvlük haqlarını ödəmir.
“De-fakto olaraq Ermənistan təşkilatın fəaliyyətində demək olar ki, iştirak etmir, de-yure isə KTMT-nin tamhüquqlu üzvü olaraq qalır. Lakin qərar, əlbəttə ki, erməni xalqına və Ermənistan rəhbərliyinə məxsusdur”, - deyə Masadikov TASS agentliyinin sualını cavablandırarkən bildirib.
KTMT baş katibi əlavə edib ki, təşkilata üzv dövlətlər Ermənistanın statusunu və üzvlük haqlarını ödəmədiyinə görə səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edirlər.
Masadikov qeyd edib ki, bu mövzu yaxın vaxtlarda Kazanda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında ətraflı müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az