Paşinyana sual: “Nəticələri etibarsız sayılan məntəqələrdə səs verən vətəndaşların səsləri əhəmiyyətli deyilmi?”

2026/06/1781786689.jpg
Oxunub: 130     16:36     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrində səs verən vətəndaşların səsləri ilə bağlı suala cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İyunun 18-də hökumətin iclasından sonra keçirilən brifinq zamanı “NEWS.am”ın jurnalisti Paşinyana xatırladıb ki, o vaxtilə hər bir vətəndaşın səsinin onun üçün çox vacib olduğunu bəyan etmişdi. Jurnalist qeyd edib ki, hazırda üç seçki məntəqəsinin nəticələri etibarsız sayılıb və həmin məntəqələrdə 2600-dən çox vətəndaş səs verib.

Jurnalist bildirib ki, həmin məntəqələrdə “Vətəndaş Müqaviləsi” partiyası 1800 səs toplayaraq çoxluq əldə edib. O, həmçinin müxalifətin hakimiyyəti mandat oğurluğunda ittiham etdiyini xatırladaraq, həmin məntəqələrdə səs vermiş vətəndaşların vəziyyətinin necə olacağını soruşub.

Paşinyan cavabında qeyd edib ki, həmin məntəqələrdə səsvermənin nəticələri ölkə üzrə ümumi mənzərəyə uyğun olub və vətəndaşların iradəsi bu şəkildə ifadə edilib.

Ermənistanın baş naziri vurğulayıb ki, qalan məsələlər Seçki Məcəlləsində nəzərdə tutulmuş konkret formul əsasında hesablanıb.

Onun sözlərinə görə, nəticələri etibarsız sayılan məntəqələrlə bağlı iddialar əvvəllər həm müxalif media orqanları, həm də vətəndaş cəmiyyəti tərəfindən qaldırılmış və həmin məntəqələrdə seçkilərin ləğv edilməsi tələb olunmuşdu.

“Bu məsələ ilə bağlı həm Venesiya Komissiyası, həm də Ermənistan Konstitusiya Məhkəməsi daha əvvəl mövqe bildirib və məsələyə hüquqi həll yolu təqdim olunub. Burada hər hansı siyasi manipulyasiya üçün yer yoxdur”, - deyə Paşinyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin