Əkrəm Gürel: "Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazırıq"

2026/06/Ekran-1781776181.jpg
Oxunub: 141     13:30     18 İyun 2026    
İğdır Universitetinin rektoru Əkrəm Gürel Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalında çıxışı zamanı Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazır olduqlarını bildirib.

Ordu.az xəbər verir ki, o, Qərbi Azərbaycan torpaqlarına – yəni öz doğma yurdlarına həsrət qalan soydaşlarının sülh yolu ilə və hüquqi əsaslarla geri dönüş mübarizəsinin bütün Türk dünyasının ortaq və haqlı davası olduğunu söyləyib.

Rektor deyib ki, tədbir sosiologiyadan tarixə, hüquqdan beynəlxalq münasibətlərə qədər geniş bir sahədə qayıdış ideyasının akademik əsaslarını formalaşdırır:

"Biz də İğdır Universiteti olaraq Qərbi Azərbaycan mədəniyyətinin, folklorunun və tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hər cür akademik əməkdaşlığa və ortaq fəaliyyətə hazırıq. Birgə layihələrimiz, simpoziumlarımız və yetişdirəcəyimiz gənc alimlər bu müqəddəs yolun ən güclü işığı olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əkrəm-Gürel  


Bizi "telegram"da izləyin