Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib

2024/03/1710756927.jpg
Oxunub: 155     16:19     18 İyun 2026    
Malavi Respublikasının Prezidenti Artur Piter Mutarika Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda qeyd olunub:

"28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam.

Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malavi   Azərbaycan  


Bizi "telegram"da izləyin