Paraşütün çapı necə hesablanır?

2026/06/1781772006.jpg
Oxunub: 240     12:39     18 İyun 2026    
Bu məqalədə kütləsi məlum olan cisimlərin istənilən sürətlə süzülməsi üçün lazım olan dairəvi paraşütün diametrinin necə hesablandığını izah edəcəyik.

Müasir dövrdə bir çox ordu hava desant əməliyyatları zamanı şəxsi heyətin endirilməsi və ya yük atılması məqsədilə dairə formasında olan, müəyyən hündürlüyə çatdıqda avtomatik açılan paraşütlərdən istifadə edir. Eyni qaydada model raketlərdə də enişə keçən raketin idarəolunan şəkildə yerə endirilməsi üçün dairəvi paraşütlərə üstünlük verilir.

Bu məqalə yüksək hündürlükdən atılan və ya düşən cismin istədiyimiz süzülmə sürəti ilə idarəolunan şəkildə yerə endirilməsi üçün lazım olan paraşüt ölçüsünün müəyyənləşdirilməsinə dair bələdçi kimi hazırlanıb.

Dairəvi paraşüt üçün diametr düsturu

Paraşütün diametri necə hesablanır?


Normalda paraşütlərin müxtəlif növləri mövcuddur. Onlar dördbucaqlı, altıbucaqlı, səkkizbucaqlı və dairəvi formada ola bilər. Bundan əlavə, yamac paraşütü, RAM paraşütü kimi bir çox paraşüt növləri mövcuddur. Lakin bu məqalədə biz dairəvi paraşütü, yəni tarixdə istifadə edilmiş ilk və ən əsas paraşüt növünü nəzərdən keçirəcəyik.

Dairəvi paraşütün diametrinin hesablanması üçün istifadə olunan düstur aşağıdakı kimidir:


Soldakı şəkildə dairəvi paraşüt nümunəsi, sağdakı şəkildə isə tələb olunan diametrin hesablanması düsturu göstərilir.

Buradakı “m” kütləni, yəni paraşütlə atılacaq cismin kiloqramla ifadə olunan çəkisini göstərir.

“g” sərbəst düşmə sürətlənməsidir və Yer üzərində sabit olaraq 9,81 m/s² qəbul edilir.

Paraşütümüz dairə formasında olduğuna görə düsturda kök daxilində məxrəci “π” (pi) ədədinə vururuq.

Havanın sıxlığı “p” ilə göstərilir. Adətən bu göstərici 1,22 qəbul edilir. Çünki Beynəlxalq Standart Atmosfer (ISA) şərtlərində (dəniz səviyyəsində, +15 °C temperaturda və 1013,25 millibar atmosfer təzyiqində) havanın sıxlığı 1,225 kq/m³ təşkil edir.

Lakin ən dəqiq nəticəni əldə etmək istəyiriksə (hərçənd bu, nəticəyə ciddi təsir göstərmir), hesablamanı paraşütün açıldığı ilk anda, cismin çatdığı ən yüksək hündürlükdəki havanın sıxlığına uyğun aparmalıyıq.

“vt²” paraşütün istədiyimiz süzülmə sürətidir. Burada seçdiyimiz sürətin kvadratını almağı unutmaq olmaz.

“Cd” sürüklənmə əmsalıdır və dairəvi paraşüt üçün 0,8 qəbul edilir. Lakin bu göstərici paraşütün konstruksiyasına və istifadə olunan materiala görə dəyişə bilər.

Bütün bu izahlardan sonra nümunə üzərində hesablamaya baxaq.

Tutaq ki, 4 kiloqram kütləsində yükümüz var və bu yükün 5 km/saat sürətlə yerə enməsini istəyirik.

Bu halda düsturda müvafiq qiymətləri yerinə yazdıqda aşağıdakı ifadəni əldə edirik:

((8*4*9,81) : (3,14*1,22*25*0,8)) 1/2

Bu düsturdan əldə edilən nəticə təxminən 2,04 metr olacaq.

Bu isə o deməkdir ki, təxminən 2 metr diametrə malik paraşüt 4 kiloqramlıq yükü 5 km/saat sürətlə yerə endirə bilər.

Təbii ki, qeyd etdiyim kimi, paraşütün hazırlandığı material da bu göstəricilərə təsir göstərə bilər.

Dairəvi formalı paraşütün diametrini bu qayda ilə hesablamaq mümkündür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paraşüt   Çap  


Bizi "telegram"da izləyin