Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İran əleyhinə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində ABŞ-nin raket arsenalı əhəmiyyətli dərəcədə azalıb və ehtiyatların bərpası üçün müəyyən vaxt tələb olunur.
Bu səbəbdən ABŞ rəhbəri Vaşinqtonun müttəfiqlərinə bildirib ki, ABŞ hüdudlarından kənarda raket istehsalına lisenziya verilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.
Bundan əvvəl Tramp administrasiyasının Ukraynanın Patriot zenit-raket kompleksləri üçün raketlərin yerli istehsalının yaradılması ilə bağlı müraciətini araşdıracağını açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az