Ordu.az xəbər verir ki, bunu IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir IsDB Qrupunun Bakıda keçirilən illik toplantıları zamanı deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin rəsmiləri sayəsində mən burada özümü sadəcə evimdəki kimi hiss etmirəm, həm də bu cür alicənablıq və təqdirdən dərindən təsirlənmişəm. Mən qeyri-adi bir iş gördüyümü düşünmürəm , lakin onlar mənə sanki xüsusi bir şey etmişəm kimi hiss etdirdilər. Prezident İlham Əliyev başda olmaqla, burada, Azərbaycandakı bütün dostlarımdan gördüyüm hörmətə görə sonsuz minnətdaram" , - M. Əl-Casir bildirib.
Ordu.az