Jurnalistdən Paşinyana sual: “MTX sizin göstərişiniz olmadan görüntüləri yayımlaya bilərmi?”

2026/06/1781786739.jpg
Oxunub: 126     16:40     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməliyyat zərurəti olduğu halda müxtəlif şəxslərlə bağlı videogörüntülər yayımlaya biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İyunun 18-də keçirilən brifinq zamanı “NEWS.am”ın jurnalisti Paşinyandan soruşub ki, Milli Təhlükəsizlik Xidməti onun göstərişi olmadan hava limanında giriş-çıxış görüntülərini çəkib internetdə yayımlaya bilərmi?

Erməni jurnalist qeyd edib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı hava limanında çəkilmiş videogörüntülər Milli Təhlükəsizlik Xidməti tərəfindən rəsmi şəkildə deyil, müxtəlif qeyri-rəsmi internet resursları vasitəsilə yayılıb.

Paşinyan cavabında bildirib ki, əgər əməliyyat zərurəti yaranarsa, Milli Təhlükəsizlik Xidməti onun özü ilə bağlı da belə görüntülər yayımlaya bilər.

“Əgər əməliyyat zərurəti hesab edərlərsə, mənim də gediş-gəlişimlə bağlı görüntüləri yayımlaya bilərlər. Bəli, bunu edə bilərlər. Təkcə mənə deyil, istənilən şəxsə münasibətdə belə addım ata bilərlər”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin