İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib - FOTOLAR

2026/06/1781775784.jpg
Oxunub: 184     13:03     18 İyun 2026    
Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimetmə Prezidentin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edərkən baş tutub.

Məhəmməd Süleyman Əl-Casir onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən bu ordenlə təltif olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Dostluq   Orden  


Bizi "telegram"da izləyin