Prezident: "Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik"

2026/06/1781761710.jpg
Oxunub: 221     09:44     18 İyun 2026    
Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılması nəzərdə tutulur.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanın daşımalar qovşağına çevrilməsi üçün səylər davam etdirilir:

"Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik. Hazırda bu daşımaların həcmi 15 milyon tondur. Əlbəttə, burada hər bir şey bizdən asılı deyil. Geosiyası vəziyyət, qonşuluq münasibətləri də buna təsir edir. Planımızda ərzaq təhlükəsizliyinin təmin olunması da var. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul etmişik. Özümüzü maksimum dərəcədə təmin edən səviyyədə məhsul yetişdirəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Azərbaycan  


Bizi "telegram"da izləyin