"Prezident" sözünə uyğun 5230 nəticə tapıldı!

“Qarabağ, Azərbaycandır” - Saakaşvili

2019/08/image-1566371400.jpg
Oxunub: 568     11:09     21 Avqust 2019    
“Qarabağ, Azərbaycandır. Dünya belə düşünür. Və bu düşüncə dəyişməyib, dəyişməyəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Nikol Paşinyanın “Qarabağ, Ermənistandır” bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bir sıra qüvvələr Qarabağı Ermənistanın ərazisi kimi təqdim etməyə çalışsa da, bu alınmayacaq, çünki Qarabağ, Azərbaycanındır.

“Bir daha təkrar edirəm, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, birincisi. Mən ümid edirəm ki, Qafqazda yeni müharibə olmayacaq”,- deyə Saakaşvili bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan