Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.
Qalibafın sözlərinə görə, Hörmüz boğazından keçid xidmətlərinə görə ödənişlərin alınması memorandumda rəsmi şəkildə öz əksini tapıb.
O bildirib ki, danışıqlar zamanı əsas mövzulardan biri Livan məsələsi olub. Parlament sədri qeyd edib ki, vasitəçiyə Livanla bağlı məsələ və dondurulmuş maliyyə vəsaitlərinin taleyinin danışıqların əsas mövzularından biri olduğu çatdırılıb.
Daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və ABŞ nümayəndələrinin münaqişənin dayandırılması ilə bağlı memorandumun yekun variantını imzaladıqlarını açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp da öz növbəsində İranla bağlanmış anlaşma memorandumunu şəxsən imzaladığını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az