Mark Rütte: "NATO müttəfiqlərinin müdafiə xərclərini artırıb"

2026/05/1780067398.jpg
Oxunub: 162     11:35     18 İyun 2026    
Avropa ölkələri və Kanada 2025-ci ildə müdafiə xərclərini əvvəlki illə müqayisədə 90 milyard dollardan çox artırıb ki, bu da təxminən 20 %-lik artım deməkdir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Alyansın müdafiə nazirlərinin iclası başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"İmkanlarımızı təmin etmək və hədəf göstəricilərə çatmaq üçün müdafiə xərclərinin 5 faizlik səviyyəsinə nail olmaq lazımdır", - o qeyd edib.

M.Rütte Ankara sammitindən əvvəlki sonuncu böyük görüş olan bugünkü iclasın vacibliyini vurğulayıb: "Sənayeyə gəldikdə isə, hər yerdə müqavilələr bağlanır, lakin zəruri həcmdə müdafiə məhsullarının istehsalını təmin etmək, eləcə də Ukraynanın gücünü qoruyub saxlamaq üçün biz həm ABŞ-də, həm də Avropada daha çox iş görməliyik. Söhbət NATO 3.0-dan – NATO çərçivəsində daha güclü Avropadan gedir", - o deyib.

Onun sözlərinə görə, əvvəlcə Nüvə Planlaşdırılması üzrə Qrup toplanacaq, sonra isə 32 formatında iclas keçiriləcək:

M.Rütte həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski günün ikinci yarısında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək: "Biz Ukraynanı güclü saxlamalıyıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO  


Bizi "telegram"da izləyin