İndoneziyada iğtişaşlar nəticəsində 69 nəfər saxlanılıb, 29 polis yaralanıb

2026/06/1781070136.jpg
Oxunub: 158     11:12     18 İyun 2026    
Cakartada (İndoneziya) iğtişaşlar nəticəsində 69 nəfər həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə İndoneziya mediası məlumat yayıb.

Bir qrup aksiya iştirakçısı yerli hakimiyyət orqanlarının "Sultan" otelini və yaşayış binalarının yerləşdiyi ətraf əraziləri dövlətin mülkiyyətinə vermək qərarına qarşı çıxıb.

"İğtişaşlar nəticəsində polis əməkdaşları hökmün icrasına mane olmağa cəhddə şübhəli bilinən 69 nəfəri həbs ediblər. Ümumilikdə 26 polis əməkdaşı yüngül xəsarət alıb", - polisdən bildirilib.

Əməliyyatın keçirilməsinə müxtəlif güc strukturlarının 3 mindən çox əməkdaşı cəlb edilib. Polis su şırnaqlarından istifadə etməli olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   İğtişaş  


Bizi "telegram"da izləyin