Ordu.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının Bakıda keçirilən 24-cü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yüksək səviyyəli müntəzəm təmaslar və dövlət qurumlarının fəal qarşılıqlı fəaliyyəti iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Ə.Əhmədov qeyd edib ki, fəaliyyət göstərdiyi illər ərzində Parlamentlərarası Komissiya Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında daimi təmasların saxlanılması, eləcə də parlament diplomatiyasının inkişafı üçün səmərəli platforma kimi özünü təsdiq edib.
O vurğulayıb ki, hazırkı iclasın gündəliyinə parlament demokratiyasının inkişafı, səhiyyə, tibb sahəsi üzrə kadrların hazırlığı, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri daxil edilib:
"Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsi parlament fəaliyyətinin səmərəliliyinin artırılmasına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə kömək edir. Səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Çünki onlar birbaşa insan kapitalının inkişafı, cəmiyyətin rifahı və humanitar əlaqələrin möhkəmləndirilməsi ilə bağlıdır".
Ə.Əhmədov Parlamentlərarası Komissiyanın hazırkı iclasının iki ölkə arasındakı parlamentlərarası dialoqun inkişafında növbəti mühüm mərhələ olacağına əminliyini ifadə edib.
Ordu.az