TCG “Anadolu” və KIZILELMA-nın Türkiyə üçün əhəmiyyəti nədir?

2026/06/1781771776.jpg
Oxunub: 190     12:34     18 İyun 2026    
Türkiyənin müdafiə sənayesi dünyada bənzərinə az rast gəlinən uğurlara imza atır! Qarşıdakı dövrdə TCG “Anadolu” və KIZILELMA-nı müasir müharibə konsepsiyalarını yenidən formalaşdıran qüvvə multiplikatoru kimi görəcəyik.

Bu iki milli dəyərin əhəmiyyəti budur:

1. Dünyanın ilk zərbə tipli pilotsuz uçuş aparatı gəmisi: TCG “Anadolu”

• Həm desant gəmisi, həm də üzən hava bazasıdır.

• “Bayraktar TB3” və KIZILELMA kimi pilotsuz uçuş aparatlarına ev sahibliyi edəcək.

• Müasir müharibə doktrinalarına uyğun dizaynı ilə Türkiyəni “oyunqurucu” mövqeyinə yüksəldir.


2. Gələcəyin pilotsuz döyüş təyyarəsi: KIZILELMA

• Reaktiv mühərrik, yüksək sürət və manevr qabiliyyətinə malikdir.

• Süni zəka dəstəkli tapşırıq sistemləri ilə təchiz olunub.

• “Hava-hava” və “hava-yer” əməliyyatlarında istifadə ediləcək.

• Aşağı radara görünmə qabiliyyəti sayəsində müasir döyüş meydanlarının “görünməz gücü” hesab olunur.

3. Niyə vacibdir?

• Müstəqil müdafiə: Kritik texnologiyaların yerli və milli imkanlarla istehsalı.

• Dünya səhnəsində güclü Türkiyə: Müdafiə sənayesində lider ölkələr arasındakı yerini daha da möhkəmləndirir.

• Yeni nəsil texnologiyalar: İnsansız müharibə konsepsiyalarında öncül addım!

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG-Anadolu   KIZILELMA  


Bizi "telegram"da izləyin