Mahirə Hüseynova: "Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək"

2026/06/Ekran-1781766118.jpg
Oxunub: 143     10:35     18 İyun 2026    
Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Naxçıvanda təşkil olunan III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova deyib.

Onun sözlərinə görə, tədbirə qatılan alim və tədqiqatçıların Qərbi Azərbaycanın tarixi həqiqətlərini əks etdirən təqdimatları arxiv materiallarına, qədim mənbələrə, tarixi sənədlərə və xəritələrə əsaslanır:

"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində təşkil olunan bu tədbir öz mahiyyəti və verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyır. Qərbi Azərbaycana qayıdış ideyası öz real nəticələrini verəcək. Burada toplaşan insanların coşqusu, simalarındakı sevinc və qətiyyət bir həqiqəti ifadə edir ki, biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. İrəvanda, Göyçədə, Dərələyəzdə və tarixi yurdlarımızın hər birində belə elmi və mədəni tədbirlərin keçiriləcəyi gün uzaqda deyil. Ümumiyyətlə, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan   Mahirə-Hüseynova  


Bizi "telegram"da izləyin