Belçika AMRAAM raketlərinin istehsalı və Ukraynaya yardımı gücləndirəcək

2026/06/1781769732.jpg
Oxunub: 184     11:58     18 İyun 2026    
Belçika öz ərazisində AMRAAM raketləri üçün istehsalat meydançasının yaradılması ilə bağlı danışıqların yekun mərhələsindədir, həmçinin Hörmüz boğazında təhlükəsizliyə töhfəsini və Ukraynaya dəstəyini gücləndirməyə hazırlaşır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Biz Belçikada AMRAAM raketləri üçün istehsalat meydançası yaratmağa çalışırıq. Danışıqlar davam edir. Ümid edirəm ki, onlar uğurla başa çatacaq", - o bildirib.

Nazir həmçinin bildirib ki, artıq NATO-nun Aralıq dənizindəki əməliyyatlarına cəlb olunmuş Belçikaya məxsus minaaxtaran gəmi, regionda gərginliyin artması fonunda operativ şəkildə Hörmüz boğazına göndərilə bilər: "Biz onun ən qısa zamanda Hörmüz boğazına göndərilməsi barədə qərar qəbul edəcəyik. Belçika mümkün missiyanı Böyük Britaniya ilə koordinasiya edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   AMRAAM  


Bizi "telegram"da izləyin