Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Daha əvvəl Vaşinqton müttəfiqlərini NATO-nun qüvvələr modelinə – dövlətlərin alyansa təqdim etməyə hazır olmalı olduğu qüvvə və vasitələri müəyyənləşdirən hərbi planlaşdırma sisteminə öz töhfəsini azaltmaq niyyəti barədə məlumatlandırmışdı.
Rüttenin sözlərinə görə, ABŞ-nin iştirakının azalması Birləşmiş Ştatların eyni vaxtda bir neçə strateji istiqamətdə öhdəliklərini nəzərə almaq zərurətindən irəli gəlir.
O vurğulayıb ki, NATO-nun qüvvələr modeli ilk növbədə planlaşdırma alətidir və silahlı münaqişə baş verəcəyi təqdirdə müttəfiqlərin addımlarını avtomatik olaraq əks etdirmir.
"Müharibə başlayacağı halda bütün müttəfiqlər, o cümlədən Birləşmiş Ştatlar mövcud imkanlardan maksimum dərəcədə istifadə edəcəklər", - o bildirib.
Baş katib əlavə edib ki, ayrı-ayrı istiqamətlərdə müəyyən işlərin aparılması zəruri olsa da, alyans "yaxşı vəziyyətdədir".
Ordu.az