Rumıniya Prezidenti siyasətçiləri məsuliyyətli olmağa çağırıb

2026/06/1781116841.jpg
Oxunub: 199     22:39     10 İyun 2026    
Rumıniya Prezidenti Nikuşor Dan yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrin çıxılmaz vəziyyətə düşməsindən sonra ölkənin siyasi partiyalarını məsuliyyət nümayiş etdirməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Prezident dövlət başçısının rəsmi saytında yayımlanan müraciətində bildirib.

Danın sözlərinə görə, bir çox siyasətçilər cari dövlət problemlərindən daha çox 2028-ci ildə keçiriləcək növbəti seçkilərə fokuslanıblar. O vurğulayıb ki, partiya maraqları normal hesab olunsa da, əsas prioritet ölkənin maraqları olmalıdır.

“Mənim əsas vəzifəm Rumıniyanın Qərbyönlü kursunu qorumaq və iqtisadi qeyri-sabitliyə yol verməməkdir”, - deyə Rumıniya Prezidenti qeyd edib.

Dan narahatlığını ifadə edib ki, dövlət üçün mühüm əhəmiyyət daşıyan məsələlər siyasi qarşıdurma predmetinə çevrilib.

Hökumət böhranı Baş nazir vəzifəsinə namizəd Eugen Tomakın siyasi partiyalarla apardığı məsləhətləşmələrin konkret nəticə verməməsindən sonra yaranıb.

Məlumata görə, parlamentdə təmsil olunan demək olar ki, bütün siyasi qüvvələr texnokrat hökumətin yaradılması ideyasına skeptik yanaşıblar.

Ölkədə siyasi qeyri-sabitlik əvvəlki koalisiyanın dağılması və ən böyük partiyalardan birinin hökumətdən çıxmasından sonra daha da güclənib. Bu vəziyyət Nazirlər Kabinetinin müvəqqəti status almasına və səlahiyyətlərinin məhdudlaşdırılmasına səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Prezident   Nikuşor-Dan  


Bizi "telegram"da izləyin