Tramp İranın elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirmək qərarına yaxın olduğunu bildirib

2026/06/1781106365.jpg
Oxunub: 251     19:38     10 İyun 2026    
ABŞ-nin Prezidenti Donald Tramp İranın elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirmək qərarına yaxın olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Trey Yinqst məlumat verib.

“Prezident Tramp mənə bildirdi ki, o, İranın elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirilməsi barədə əmr verməyə hazırlaşır”, - deyə jurnalist ABŞ lideri ilə telefon danışığından sonra bildirib.

Bundan əvvəl Tramp “Truth Social” sosial şəbəkəsində yazmışdı ki, onun fikrincə, İran danışıqları uzadıb və buna görə “cavab verməli olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin