Donald Tramp: "Ərdoğan mənim çox yaxşı dostumdur"

2026/06/1781118849.jpg
Oxunub: 158     23:04     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan yaxın münasibətini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

ABŞ Prezidenti Tramp Oval Kabinetdə daxili təhlükəsizliklə bağlı imza mərasimindən sonra mətbuat nümayəndələrinin Türkiyə ilə bağlı sualına cavab verərək, Prezident Ərdoğanla yaxın münasibətini vurğulayıb:

"O, mənim çox yaxşı dostumdur və birlikdə çox yaxşı işlədik. Özü möhtəşəm bir lider və çox güclü bir şəxsdir. O mənə hörmət edir, mən də ona hörmət edirəm. Bundan da əlavə, aramızda yaxşı bir dostluq var", - Tramp bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ərdoğan  


Bizi "telegram"da izləyin