Lavrov erməni xalqının iradəsinə mümkün qədər tez hörmət göstərilməsinə çağırıb

2026/06/1781106325.jpg
Oxunub: 171     19:34     10 İyun 2026    
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni xalqının iradəsinə mümkün qədər tez hörmət göstərilməsinin vacib olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Lavrov bu barədə KTMT xarici işlər nazirləri şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

“Burada söhbət Ermənistanın maraqlarına hörmət edilməməsindən getmir. Məsələ ondadır ki, erməni xalqının iradəsinə hörmət daha tez nümayiş etdirilsin ki, bu xalqın hələ seçim imkanı olsun və artıq baş vermiş fakt qarşısında qalmasın”, - deyə Lavrov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan  


Bizi "telegram"da izləyin