Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Pakistanın feldmarşalı və Baş naziri möhtəşəm insanlardır. Biz onların Hindistanla müharibəyə girməsinin qarşısını aldıq”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, Pakistan Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynamaqda davam edir.
Onun sözlərinə görə, Pakistan nümayəndələri İran tərəfi ilə təmasları qoruyur və tərəflər arasında razılaşmaların əldə olunmasına çalışırlar.
“Onlar İrana yaxındırlar. Hələ də çalışırlar ki, iranlılar düzgün addım atsınlar”, - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton sabit və həyata keçirilə bilən “ciddi razılaşma”nın əldə olunmasında maraqlıdır.
Daha əvvəl Pakistan rəsmiləri ABŞ ilə İran arasında vasitəçilik etməyə hazır olduqlarını və danışıqlar üçün öz ərazilərini təqdim edə biləcəklərini bəyan etmişdilər.
Sevinc Əliyeva
Ordu.az